Bakı-Quba yolunda yol qəzası: sürücü ölüb

Qəzalar 19 Aprel 2019 11:50 Oxunub 716
Bakı-Quba yolunda yol qəzası: sürücü ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Quba yolunda ölümlə nəticələnən  ağır yol-nəqliyyat hadisə baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə hadsə Siyəzən rayonu ərazisində qeydə alınıb. Belə ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Məmmədov Ramil Zakir oğlu  idarə etdiyi avtomobillə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh