Salyanda bir ailənin 3 üzvü qəzaya düşdü: 4 yaşlı uşaq ölüb

Qəzalar 19 Aprel 2019 11:51 Oxunub 785
Salyanda bir ailənin 3 üzvü qəzaya düşdü: 4 yaşlı uşaq ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alıb, 4 yaşlı uşağı isə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.

Yaralılar "təcili yardım" maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh