Sarışın qadın metroda kişiyə görün nə etdi - VİDEO

Avtoreyd 26 Mart 2015 16:30 Oxunub 5359
Sarışın qadın metroda kişiyə görün nə etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın telefonu kişinin ağzına doğru aparıb və əlindəki çanta ilə onu vurub

Sosial şəbəkələrdə metroda çəkilən yeni video yayımlanıb. Avtosfer.az-ın iha.som.tr-yə istinadən məlumatına görə, Avropa ölkələrindən birində çəkildiyi deyilən görüntülər qısa müddətdə sosial şəbəkələrdə və xəbər portallarında ən çox izlənənlərdən olub. Videoda görünür ki, sarışın qadın vaqonda iki bəyin arasında əyləşərək əlindəki planşetlə oynamağa başlayır. Bu zaman sol tərəfində əyləşən bəy onun planşetdə nə izlədiyinə baxır və qadın bunu hiss edərək narahat olmağa başlayır. Yanındakı bəyə çevrildikdə o, heç nə olmamış kimi üzünü çevirir. Bu hal bir neçə dəfə təkrarlanır və ən nəhayət, qadın hirslənərək planşeti bağlayaraq yığışdırır. Daha sonra isə o, çantasından kiçik ölçülü mobil telefonunu çıxararaq özünü nəyəsə baxırmış kimi göstərir. Yanda əyləşən həmin bəy isə bu dəfə telefona gözünü zilləmək istəyir ki, elə bu vaxt qadın telefonu onun ağzına doğru aparır və əlindəki çanta ilə vurur. 

Metroda baş verən bu görüntüləri digər sərnişinlərdən biri qeydə alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh