Asteroid Yerə ən yaxın məsafədən keçib

Maraqlı 19 Aprel 2019 13:14 Oxunub 1053
Asteroid Yerə ən yaxın məsafədən keçib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asteroid Yerdən 219 min kilometr məsafədən keçib

Diametri 30 metrədək olan “2019 GC6” asteroidi ötən gün Yerə ən yaxın məsafədən keçib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, asteroid Yerdən 219 min kilometr məsafədən keçib ki, bu da planetə ən yaxın cisim olan Aydan iki dəfə yaxındır.

Qeyd olunur ki, “2019 GC6” asteroidi potensial təhlükəli asteroid kateqoriyasına aiddir. Bu asteroid aprelin 9-da aparılan müşahidələr nəticəsində aşkar edilib.

“2019 GC6” asteroidi Yerə ən yaxın məsafədə olarkən saat 20 min kilometrdən çox sürətlə hərəkət edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh