Bakıda dənizdən qadın meyiti tapılıb - FOTO

Gündəm 19 Aprel 2019 14:45 Oxunub 1229
Bakıda dənizdən qadın meyiti tapılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadını tanıyanlardan bu telefon nömrələrinə zəng vurmaları xahiş olunur

Aprelin 17-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.

DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, meyitin xarakterik əlamətlərinə gəlincə, boyu 159-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır.

Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslubunda tikilən qara şalvar, qara uzunboğaz yun köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh