Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

Gündəm 19 Aprel 2019 15:45 Oxunub 631
Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, işlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh