Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edib - FOTO

Gündəm 19 Aprel 2019 15:48 Oxunub 1840
Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbulda Cəbrayıl, Xocavənd və Füzuli rayonlarından olan 16 vətəndaşın müraciət və şikayətlərinə baxılıb

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 19 aprel 2019-cu il tarixində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib. Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov, Füzuli RİH-nin başçısı Alı Alıyev və Cəbrayıl RİH-nin başçısı Kamal Həsənov ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

İdarə heyətinin sədri Saleh Məmmədov və dövlət agentliyinin kollektivi “Aprel şəhidlərinə xatirə” abidəsini də ziyarət edərək torpaqlarımızın azadlığı uörunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib. Görüş zamanı məktəbə dövlət agentliyi tərəfindən kompyuter dəstləri və məktəbli geyimləri hədiyyə olunub.

Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında  keçirilən qəbulda Cəbrayıl, Xocavənd və Füzuli rayonlarından olan 16 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən AAYDA-nin İdarə heyətinin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh