100 metr artıq getməmək üçün təhlükə yaradır - VİDEO

Avtosfer TV 19 Aprel 2019 16:02 Oxunub 1453
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir çox sürücülər “məsafəni qısaltmaq” naminə əks yola çıxırlar

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində qayda pozaraq təhlükə yaradan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 90 AL 409 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 100 metr irəli gedib geriyə dönmə etmək əvəzinə əks istiqamətdə hərəkət edir.

Qeyd edək ki, həmin ərazidən qəsəbənin daxilinə yol dönür. Bir çox sürücülər “məsafəni qısaltmaq” naminə əks yola çıxırlar. Təmirdən sonra həmin əraziyə “giriş qadağandır” nişanı qoyulub. Amma nədənsə bir çox sürücülər buna məhəl qoymur. Ərazidə kamera olmadığı üçün qayda pozurlar. Amma Avtosfer.az-ın kameraları qayda pozanları hər yerdə çəkə bilər. Görüntüləri təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh