Bakıda 4 ağacı kəsən şəxs cərimələndi

Gündəm 19 Aprel 2019 19:35 Oxunub 652
Bakıda 4 ağacı kəsən şəxs cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib

Bakıda 4 ağacı kəsən şəxs 2960 manat məbləğində cərimə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, A.Abbasov küçəsi, 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib və ona 2960 manat məbləğində cərimə tətbiq olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh