Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Gündəm 19 Aprel 2019 20:44 Oxunub 677
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç faktla bağlı araşdırma aparılır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 320 qram marixuana götürülüb.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şemyakindən 450 qram marixuana götürülüb.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 210 qram marixuana götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh