Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi limana gətirilib

Gündəm 19 Aprel 2019 20:07 Oxunub 755
Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi limana gətirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar davam etdirilir

Türkiyənin təhlükəsizlik qüvvələrinin aprelin 15-də Aralıq dənizinin neytral hissəsində təşkil etdiyi birgə əməliyyat nəticəsində ələ keçirilən, göyərtəsində 5 ton narkotik maddə və 6 şübhəli şəxsin olduğu "Pervin oğulları” adlı kiçik balıqçı gəmisi İzmir limanına gətirilib.

Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sahildən 1400 kilometr məsafədə ələ keçirilən gəmini İzmir limanına "SG Umut” gəmisi gətirib.

Türkiyə xüsusi xidmət orqanları "Pervin oğulları” adlı gəmi vasitəsilə mütəşəkkil cinayətkar dəstənin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi barədə bu il fevralın 2-də məlumat alıb. Məlumat əsasında dörd aydır aparılan məxfi əməliyyatlardan sonra aprelin 15-də gəmi saxlanılıb. Əməliyyatlar nəticəsində ümumilikdə 16 nəfər məsuliyyətə cəlb olunub. Narkotik vasitənin Avropa ölkələrinə aparılmasının planlaşdırıldığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh