Yeniyetmələri vurmamaq üçün əvvəlcə maşına, sonra da... - VİDEO

Avtosfer TV 19 Aprel 2019 20:33 Oxunub 1022
Yeniyetmələri vurmamaq üçün əvvəlcə maşına, sonra da... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Karaman vilayətində sürücü anidən yola çıxan yeniyetmələri vurmamaq üçün qəza törədib. Avtosfer.az xəbər verir ki, bu barədə İHA xəbər portalı məlumat yayıb. Hadisə Fenari məhəlləsi, Kazım Qarabəkir Paşa küçəsində qeydə alınıb.

Əldə edilən məlumata görə, avtomobilin anidən qarşısına çıxan yeniyetmələri vurmamaq üçün manevr edən sürücü, əvvəlcə park edilmiş maşına sonra da səkiyə çıxaraq işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində adları məlum olmayan, 13 yaşlarında olan 2 yeniyetmədən biri yerə yıxılıb, digəri isə avtomobildən qopan parçanın zərbəsindən yüngül xəsarətlər alıb.

Yaralı yeniyetmələr çağırılan təcili tibbi yadım maşınları ilə xəstəxanaya aparılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh