Sürücüyə qarşı dələduzluqda edən qadının cinayət işi məhkəməyə göndərilib

Gündəm 19 Aprel 2019 21:15 Oxunub 935
Sürücüyə qarşı dələduzluqda edən qadının cinayət işi məhkəməyə göndərilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib

Bakıda dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsüdür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh