Küçədə qadın sürücünü təhqir edən şəxs icra başçısının əmisi oğlu çıxdı - VİDEO

Gündəm 20 Aprel 2019 00:15 Oxunub 1795
Küçədə qadın sürücünü təhqir edən şəxs icra başçısının əmisi oğlu çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin şəxsin özü də məmurdur

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb. Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib. Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.

Xəbəri ilk olaraq Avtosfer.az saytı yayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh