109 yaşlı sakin: "Uzunömürlülüyün sirri yoxdur" - VİDEO

Maraqlı 20 Aprel 2019 09:26 Oxunub 1237
109 yaşlı sakin: "Uzunömürlülüyün sirri yoxdur" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mən, sadəcə, yaşayıram"

Bu gün 109 yaşını qeyd edən ABŞ-ın Şimal Karolina sakini Anni Uilson KHOU 11-ə müsahibəsində uzunömürlülüyündən danışıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, bu yaşa qədər yaşamaq üçün xüsusi olaraq heç nə etmədiyini bildirib. A.Uilsonun sözlərinə görə, uzun ömrün xüsusi sirri mövcud deyil. "Çox insan məndən bu barədə soruşur və xüsusi olaraq heç nə etmirəm. Mən, sadəcə, yaşayıram", - deyə A.Uilson qeyd edib.

Bununla yanaşı, uzunömürlü qadının özünəməxsus ənənəsi var: hər cümə günü bir qədəh şərab içir. O, bu dəfə də özünün 109 illiyində ənənəsinə sadiq qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh