Bakı-Qazax yolunda ər və arvad qəzaya düşüb

Qəzalar 20 Aprel 2019 10:29 Oxunub 977
Bakı-Qazax yolunda ər və arvad qəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə hadisə səhərə yaxın çağlarda Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, idarəetməni itirən “Nissan” markalı minik maşını yolun kənarındakı dəmir maneələrə çırpılıb.

Hadisə nəticəsində sürücü, 1953-cü il təvəllüdlü Cəbrayıl İsmayıl oğlu İsmayılov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Mailə Həşim qızı İsmayılova müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı rayon xəstəxanasına yerləşdirilib. Onlarlın ayaq və döş qəfəs nayihələrindən xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh