Bakıda qadın sürücü avtobus dayanacağında piyadaları vurub

Qəzalar 20 Aprel 2019 10:34 Oxunub 968
Bakıda qadın sürücü avtobus dayanacağında piyadaları vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə Binqədi qəsəbəsində baş verib. Hələlik şəxsiyyəti məluma olmayan qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh