İki maşın toqquşdu: 1 nəfər xəsarət alıb - VİDEO

Qəzalar 20 Aprel 2019 09:40 Oxunub 758
İki maşın toqquşdu: 1 nəfər xəsarət alıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Paytaxtın Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhməd Rəcəbli və Albert Aqarunov küçələrinin kəsişməsində qeydə alınıb.

Məhərrəmov Anar Şamil oğlu “05 BG 330” dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə Əhməd Rəcəbli küçəsilə hərəkətdə olarkən “99 FR 330” dövlət qeydiyyatlı “BMW” markalı avtomobillə toqquşub.

Nətcədə "Opel"-in sərnişini xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Məlumata görə, qəzanın səbəbi “BMW” sürücüsünün “dairəvi yolda yol ver” nişanının tələbini pozması olub. Həmin sürücünün şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh