Şəki polisi məktəblərdə maarifləndirməni davam etdirir - FOTO

Yol polisi 20 Aprel 2019 12:55 Oxunub 2168
Şəki polisi məktəblərdə maarifləndirməni davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəbliləri maraqlandıran sualları cavablandırılıb

2018/2019-cu tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə, eləcə də Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradovun göstərişi və nəzarəti altında rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, növbəti tədbirlər, 18 aprel 2019-cu il tarixdə Şəki rayonu, Kiş kənd 2 saylı tam orta məktəbində və 19 aprel 2019-cu il tarixdə Şəki rayonu, Vərəzət kənd tam orta məktəbində keçirilib.

Tədbirlərdə, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları, Hüseyməktəblərin rəhbərliyi, digər qonaqlar və müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh