Daha bir avtobus davası kameraya düşdü: Bu dəfə sərnişin... - VİDEO

Gündəm 20 Aprel 2019 19:36 Oxunub 1493
Daha bir avtobus davası kameraya düşdü: Bu dəfə sərnişin... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin müdaxiləsindən sonra tərəflər arasındakı gərginlik sona çatıb

Türkiyənin Adıyaman şəhərində bələdiyyə avtobusunun sərnişini ilə mikroavtobusun sürücüsü arasında dava düşüb. Avtosfer.Az-ın redaktor.az-a istinadən məlumatına görə, hadisəyə səbəb mikroavtobusun anidən hərəkətdə olan bələdiyyə avtobusunun qarşısına çıxması olub. Avtobus sürücüsü və sərnişinlər təhlükəli vəziyyətdən narahatlıq keçiriblər. Daha sonra avtobusdakı sərnişinlərdən biri mikroavtobusun sürücüsü ilə dalaşıb.

Polisin müdaxiləsindən sonra tərəflər arasındakı gərginlik sona çatıb.

Həmin davanın görüntülərini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh