Qəbələdə ağır qəza oldu - Ölən və yaralananlar var - FOTO

Qəzalar 21 Aprel 2019 00:00 Oxunub 1380
Qəbələdə ağır qəza oldu - Ölən və yaralananlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki minik avtomaşının toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil qəzası olub. Hadisə avtomobil yolunun Qəbələdən keçən ərazisində baş verib. İki minik avtomaşının toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.Yaralılar Qəbələ rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəsarət alanlar:

1995-ci il təvəllüdlü  Bakı şəhər sakini  Qasımlı İlkin Heydər oğlu

1996-cı il təvəllüdlü Naxçıvan sakini Abbasov Murad Aydın oğlu

1985-ci il təvəllüdlü Qəbələ rayon Bunud kənd sakini Xəlilov Emin Qulfəddin oğlu

1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəcəfzadə Ruslan Aydın oğlu

Bakı şəhər sakini Nəbiyev Elçin Yaşar oğlu

 Faktla bağlı araşdırma aparılır.

 


 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh