"Avtomobil zibilliyi"ndən götürülən bu maşınlar Azərbaycana necə gətirilir? - ŞOK AÇIQLAMA

Yazarlar 21 Aprel 2019 00:37 Oxunub 7181
"Avtomobil zibilliyi"ndən götürülən bu maşınlar Azərbaycana necə gətirilir? - ŞOK AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycana gətirilən bəzi avtomobillərin üstündə pul da verirlər

Azərbaycana xaricdən idxal olunan avtomobillərin böyük hissəsi istismara yararsızdır. Bu barədə avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev bildirib. Onun sözlərinə görə, bəzi seqmentlərdə bazarın 60%-ə yaxın hissəsi istismara yararsız və ölkəyə gətirilərkən satış görünüşü verilən avtomobillərdir: «Bu kimi maşınların Avropada yola çıxması qadağandır. Onlar konteyner vasitəsi ilə Gürcüstana və ya Bolqarıstana. Oradan isə sürülərək Azəraycana gətirilir.

Ekspert bildirir ki, bəzi avtomobil satıcıları belə avtomobilləri çox ucuz olduğuna görə Azərbaycana gətirirlər. Onlar ölkədə iki məqsədlə – ya hissələrə bölünərək satılmaq üçün, ya da kosmetik təmir edilərək satılmaq üçün istifadə edilir: «Avtomobillərin ehtiyat hissələrinə görə tətbiq edilən gömrük vergi-rüsumları yüksək olduğu üçün avtonəqliyyat vasitəsi olaraq gömrük olunub, sonradan hissələrə ayrılaraq parçalanacaq. Ya da ön tərəfi yararsız bir avtomobil alınaraq, arxa tərəfi kəsilib ortadan "calaq" ediləcək».

Ekspert fed.az-a bildirib ki, bəzi avtomobillər o qədər keyfiyyətsizdir ki, onları heç «metallom»da götürmür və onları almaq da lazım deyil, sadəcə «avtomobil zibilliyi»ndən götürürlər: «Bəzən isə hətta avtomobilin sahibi özü müştəriyə onun avtomobilini götürdüyünə görə ödəniş edir».

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh