Tripoli aeroportu ərazisində şiddətli döyüşlər gedir

Gündəm 21 Aprel 2019 09:18 Oxunub 883
Tripoli aeroportu ərazisində şiddətli döyüşlər gedir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toqquşmalarda ölən və yaralananlar var, lakin onların sayı açıqlanmır

Şənbə günü Liviyanın artıq bir neçə ildir fəaliyyət göstərməyən Tripoli beynəlxalq hava limanının ərazisində şiddətli silahlı toqquşmalar başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Afrigatenews" xəbər portalı məlumat yayıb. Məlumata görə, aeroporta gedən yol yaxınlığında döyüşlər paytaxtda qərarlaşan baş nazir Faiz Saracın Milli Razılıq Hökuməti ilə Liviya Milli Ordusunun feldmarşalı Xəlifə Həftərin qüvvələri arasında gedir. Hər iki tərəfdən artilleriya qurğuları və iriçaplı pülemyotlardan istifadə olunur. Toqquşmalarda ölən və yaralananlar var, lakin onların sayı açıqlanmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh