Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 7 ölü, 30 yaralı

Qəzalar 21 Aprel 2019 09:43 Oxunub 878
Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 7 ölü, 30 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılara təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib

Hindistanda sərnişin avtobusu yük maşını ilə toqquşub. Avtosfer.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Hadisə Uttar-Pradeş ştatı, Maynpuri şəhərinin Aqra-Lakhan avtomagistralında qeydə alınıb.

Məlumatda qeyd edilir ki, avtobus sürücüsü ötmə əməliyyatını yerinə yetirmək istəyərkən, qarşı zolaqdan yüksək sürətlə gələn yük maşının ilə toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

Yaralılara təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh