Bakıda sərnişin avtobusu avtomobillə toqquşdu: 5 yaralı

Qəzalar 21 Aprel 2019 09:56 Oxunub 932
Bakıda sərnişin avtobusu avtomobillə toqquşdu: 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

Qeyd edək ki, 585 nömrəli avtobus Sumqayıt-Binəqədi marşrutu üzrə hərəkət edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh