Polisləri daşıyan maşın qəzaya uğradı: 6 yaralı

Qəzalar 21 Aprel 2019 10:24 Oxunub 965
Polisləri daşıyan maşın qəzaya uğradı: 6 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zirehli maşın 35 metrlik hündürlükdən dərəyə yuvarlanıb

Türkiyədə polisləri daşıyan zirehli maşın qəzaya uğrayıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə aprelin 20-si axşam saatlarında Giresun vilayəti, Şebinkarahisar rayonunun Çağlayan kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb.

Giresundan vəzifələrini yerinə yetirmək üçün yola çıxan özəl hərəkat polislərinə aid zirehli maşın, iddiaya görə sürücüsünün sükan idarəetməsindən çıxaraq yol kənarına aşıb və sonra da 35 metrlik hündürlükdən Çağlayan dərəsinə yuvarlanıb.

Qəza nəticəsində 6 polis xəsarət alıb.

Maşında olan polislərin xəbər verməsi ilə hadisə yerinə səhiyyə və xilasetmə briqadaları gəlib.

Yaralı polislər təcili tibbi yadım maşınları ilə rayon xəstəxanasına yerlədiriliblər.

Onların vəzliyyətlərinin normal olduğu bildirilb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh