Lənkəranda piyadanı maşın vurub, sürücü qaçıb

Qəzalar 21 Aprel 2019 10:34 Oxunub 963
Lənkəranda piyadanı maşın vurub, sürücü qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür

Səhər saatlarında Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Şəhidlər xiyabanı küçəsində yolu keçmək istəyən 57 yaşlı Rzayeva Gəncəbanı Mədət qızını maşın vuraraq, hadisə yerindən uzaqlaşıb. Ağır bədən xəsarətləri alan şəhər sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sol bazu sümüyünün, sol və sağ qamış sümüklərinin yerdəyişən qəlpəli sınığı və sol çanaq oturaq sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır olan qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh