Qadın ailə münaqişəsi zəminində intihara cəhd edib - Lənkəranda

Gündəm 21 Aprel 2019 16:45 Oxunub 801
Qadın ailə münaqişəsi zəminində intihara cəhd edib - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəran rayonunun Ürgə kəndində intihara cəhd hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh