Paytaxtda it azyaşlının üzünü parçalayıb

Gündəm 21 Aprel 2019 17:05 Oxunub 1027
Paytaxtda it azyaşlının üzünü parçalayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib

Bakıda azyaşlı quduz itin hücumuna  məruz qalıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə aprelin 18-də  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum  edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Ağır yaralanan 4 yaşlı uşaq 1  saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub. Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh