“BMW” 360 min avtomobili geri çağırır

Avtoxəbər 21 Aprel 2019 17:17 Oxunub 1518
“BMW” 360 min avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət yastıqları öz hesabına dəyişəcək

Almaniyanın avtomobil istehsalçısı “BMW” Çin bazarında satdığı 360 min avtomobili hava təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Bildirilir ki, avqustdan etibarən “BMW”nin Çindəki müştərək müəssisəsi olan "BMW Brilliance Automotive Ltd"nin 2014-2017-cı illərdə buraxdığı 271 min 880 avtomobil, habelə 2000-2018-ci illərdə xaricdə istehsal edilərək Çinə gətirilmiş 87 min 120 avtomobil geri çağırılacaq.

Administrasiyanın məlumatında deyilir ki, qüsurlu hava təhlükəsizlik yastıqları Yaponiyanın "Takata" şirkətinin istehsalıdır. Həmin hava təhlükəsizlik yastıqları qəza olmayan normal şəraitdə partlaya və üzərindəki metal hissələri bütün salona yaya bilər. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnir.

“BMW” yastıqları öz hesabına dəyişəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh