Luis Hamilton: “Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi”

Yarışma 22 Aprel 2019 12:58 Oxunub 1440
Luis Hamilton: “Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onlar düz yollarda qalib gəlir, amma döngələrdə uduzur”

“Bakıda yaxşı tras var. Amma orda səylə işləmək lazımdır”. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, bunu “Formula-1” pilotu Luis Hamilton deyib. “Mersedes” komandasının üzvü aprelin 26-28-də Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayıb: “Mənim məqsədim yaxşı olub, inkişaf etmək və daha yüksək nəticələr qazanmaqdır. Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi. Uik-end ərzində ən sürətli mən deyildim. Bottasın mənimlə rəqabət aparacağını, “Ferrari”nin də kənarda qalmayacağını gözləyirəm. Onlar düz yollarda qalib gəlir, amma döngələrdə uduzur”.

Qeyd edək ki, L.Hamilton 68 xalla cari mövsümün lideridir. Onun komanda yoldaşı Valtteri Bottasın 62, “Red Bull”un üzvü Maks Ferstappenin 39 xalı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh