Sərnişin avtobusu avtomobillə toqquşdu: 1-i ağır, 23 yaralı - FOTO

Avtosfer Foto 22 Aprel 2019 13:36 Oxunub 1439
Sərnişin avtobusu avtomobillə toqquşdu: 1-i ağır, 23 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Antaliya vilayətində sərnişin avtobusu avtomobillə toqquşub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Almalı-Finike magistral yolunun Düdenköy məhəlləsindən keçən hissəsində qeydə alınıb.

Toqquşmanın şiddətindən avtobus aşıb, avtomobil isə deformasiyaya uğrayıb.

Nəticədə biri ağır olmaqla 23 nəfər xəsarət alıb.

Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə çoxlu sayda səhiyyə, xilasetmə və polis briqadaları gəlib.

Yaralılar Almalı Dövlət Xəstəxanasına yerləşdirilib.

Onlardan 1 nəfərin vəziyyətinin ağır olduğu bildirilib və müalicəsi davam etdirilməsi üçün Antalya şəhərinə aparılıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh