Başqasının adına götürülmüş avtomobil kreditində kompensasiya kimə veriləcək?

Avtoxəbər 22 Aprel 2019 19:56 Oxunub 1470
Başqasının adına götürülmüş avtomobil kreditində kompensasiya kimə veriləcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədiyini təsdiq etməlidir”

Başqasının adına götürülmüş avtomobil kreditində kompensasiya kimə veriləcək?

Bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır, lakin borcu digəri, yəni avtomobili alan ödəyib, bu halda kompensasiya necə ödəniləcək?

Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bu sualı cavablandırıb. Ekspert bildirib ki, müraciətlər əsasən belə halların da sayı az deyil. "Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədiyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər".

Eskpert əlavə edib ki, kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. "Buna görə də, kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən, ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar", - deyə, V.Bayramov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh