Şagirdi maşın vurdu

Qəzalar 21 May 2014 23:47 Oxunub 1661
Şagirdi maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Gəncənin Adil Ziyadxanov küçəsində qeydə alınıb

Gəncə şəhərində məktəblinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu informasiyanı Gəncə şəhər Baş Polis İdarəsi yayıb. ANS press-in Kəpəz TV-yə istinadən məlumatına görə, hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb. Şəhər sakini Nicat Məhərrəmov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, piyada - 29 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Səbinə İsgəndərovanı vurub. Məktəbli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh