Maks Ferstappen Formula 1 Azərbaycan Qran Prisini şərh edib

Yarışma 23 Aprel 2019 20:15 Oxunub 1850
Maks Ferstappen Formula 1 Azərbaycan Qran Prisini şərh edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu trasda, xüsusilə də qala divarı yaxınlığında bolidi idarə etmək zövqlüdür

Bakıda şəhər trası olduğu üçün yarış kifayət qədər maraqlı keçir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu “Red Bull” komandasının pilotu Maks Ferstappen deyib.

Onun sözlərinə görə, adətən şəhər traslarında yüsək sıxılma gücü ilə çıxış etmək lazım olur: “Bakıda isə döngələr arasında uzun düzlüklərlə əlaqədar kompromis axtarmaq lazım olur. Yəni bolidin sıxılma qüvvəsi azalır və maşın bir qədər sürüşür”.

O əlavə edib ki, bu trasda, xüsusilə də qala divarı yaxınlığında bolidi idarə etmək zövqlüdür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh