"Reno"nun pilotu: Bakı Qran-prisi hər il daha da maraqlı olur

Yarışma 24 Aprel 2019 07:45 Oxunub 1307
"Reno"nun pilotu: Bakı Qran-prisi hər il daha da maraqlı olur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Köhnə evlər, qəsrlər və döşənmiş küçələri izləmək çox gözəldir"

"Bakı maraqlı yerdir və hiss edirəm ki, o, adi "Grand Prix"lərdən fərqlənir. Azərbaycandakı marşrut istənilən küçə marşrutundan fərqlidir, çünki hər şey bir-birinə, hətta otelə və qutulara da yaxındır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Reno"nun pilotu Niko Hülkenberq qarşıdakı istirahət günlərində Azərbaycanda keçiriləcək Qran-pri barədə fikir bildirərkən deyib. "Köhnə evlər, qəsrlər və döşənmiş küçələri izləmək çox gözəldir. Yarış da ildən-ilə daha da maraqlı hala gəlir. Son iki mövsümdə mənim o qədər də bəxtim gətirmədi, amma hər zaman istənilən fürsətdən faydalanmaq üçün lazımi zamanda lazımi yerdə olmaq lazımdır", - deyə "Reno"nun mətbuat xidməti pilotun sözlərini sitat gətirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh