"Formula 2"nin qalibi: "Bakı trası barədə əla xatirələrim var və qayıtmağıma şadam"

Yarışma 24 Aprel 2019 10:15 Oxunub 1330
"Formula 2"nin qalibi: "Bakı trası barədə əla xatirələrim var və qayıtmağıma şadam"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda 21 yaşlı idmançı 20 pilot arasında 19-cu pillədə qərarlaşıb

"Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm. Bakı trası barədə əla xatirələrim var və ora qayıtmağıma şadam". Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu "Uilyams"ın pilotu Corc Rassell "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə danışarkən deyib. Britaniyalı sürücü ötən il Bakıda qalib olduğu "Formula 2" yarışını xatırladıb: "Azərbaycanda ötənilki həftəsonu mənim "Formula 2"də ən yaxşı çıxışımla əlamətdar olmuşdu. Biz hər iki yarışın qalibi olmalı idik. Şənbə yürüşündə liderlik edirdik. Amma son dövrələrdə xoşagəlməz insident baş verdi. Növbəti gün isə bunun əvəzini çıxdım və ikinci yürüşümdə 12-ci yerdə startımdan sonra qalib oldum".

Qeyd edək ki, Corc Rasell bu ildən "Formula 1"də çıxış edir. O, Avstraliya və Çin Qran-prilərində 16-cı, Bəhreyndə 15-ci yeri tutub. Hazırda 21 yaşlı idmançı 20 pilot arasında 19-cu pillədə qərarlaşıb. Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh