DYP Qusarda reyd keçirib: 300-dən çox sürücü saxlanılıb

Yol polisi 24 Aprel 2019 14:22 Oxunub 1456
DYP Qusarda reyd keçirib: 300-dən çox sürücü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlər aprelin 28-dək davam edəcək

Qusarda "Təmiz Hava" aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı reyd keçirilib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Qusar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi şöbəsinin keçirdiyi reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Reydin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. "Təmiz Hava" aylığı çərçivəsində 300-dən çox avtomobil saxlanılıb və onlardan 25-i barəsində qanuna müvafiq tədbirlər görülüb. Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib. Qusarda “Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər aprelin 28-dək davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh