Yol polisi və Avtovağzal birgə maarifləndirici tədbir keçirdi - FOTO

Yol polisi 24 Aprel 2019 18:26 Oxunub 4526
Yol polisi və Avtovağzal birgə maarifləndirici tədbir keçirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol iştirakçılarının həyatı üçün əhəmiyyətli mövzuların əhatə olunduğu bukletlər sürücülərə və sərnişinlərə təqdim edilib

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təşəbbüsü ilə Avtovağzal ərazisində maarifləndirmə aksiyası keçirilib. Avtosfer.az xəbər verir ki, BDYPİ tərəfindən hazırlanmış uşaqların çəkdiyi rəsm əsərlərindən ibarət təbliğat xarakterli yüzlərlə bukletsürücü və sərnişinlərə paylanılıb. Eyni zamanda Avtovağzalın əməkdaşları və yol polisləri sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparıb, onlara yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi barədə məlumatlar verilib.

"Uşaqların gözü ilə yol hərəkəti qaydaları" bukletlərinin əslində cəmiyyətimiz üçün bir mesaj olduğu diqqətə çatdırılıb. Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları sürücülərə reysqabağı müayinədən keçməyin vacibliyini, sərnişinlərlə etik davranış qaydaları çərçivəsində ünsiyyət və digər məsələlər barədə məlumat verib. Bunun əksinə baş verən hadisələrin sərnişindaşıma məsələsinə mənfi təsir göstərdiyini çatdırıblar. Qeyd olunub ki, Avtovağzal Kompleksi getdikcə yenilənir və müasirləşir.

Odur ki, həm yol hərəkəti qaydalarına əməl etmək hər bir hərəkət iştirakçısının borcudur. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytinantı Mübariz Ağayev bildirib ki, bu cür maarifləndirici aksiyalar digər ərazilərdə də keçiriləcək və Baş İdarə tərəfindən hazırlanan bukletlər hər bir hərəkət iştirakçısına bir mesaj çatdıracaq. Ümumilikdə isə uşaqların çəkdiyi rəsmlər çox əhəmiyyətlidir. Yol polisi bu cür aksiyalara daim dəstək olur və cəmiyyətdə yayılmasına şərait yaradır.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh