Sumqayıtda məşhur "avtoş" həbs edildi - FOTO

Yol polisi 24 Aprel 2019 20:17 Oxunub 3455
Sumqayıtda məşhur "avtoş" həbs edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsasən gecə  saatlarında şəhər ərazisinə çıxaraq avtoxuliqanlıq edib

Uzun müddətdir ki, Sumqayıt şəhərində avtoxuliqanlıq edən, bir neçə dəfə yol polisinin "saxla" işarəsinə məhəl qoymayaraq qaçıb məsuliyyətdən yayınan sürücü nəhayət aprelin 22-də saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları axşam saat 23:50 radələrində Rusiya nömrəsi ilə idarə etdiyi VAZ 21 09 markalı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün "saxla" işarəsi veriblər.

Lakin sürücü avtomobili saxlamayaraq hərəkəti təhlükəli manevrlərlə davam etdirib və qaçmağa çalışıb. YPX əməkdaşları təhlükəsizlik qaydalarına riayət edərək həmin sürücünün saxlanılmasına nail olublar. Zavodların ərazisində gizlənməyə çalışan sürücü elə həmin ərazidə də saxlanılıb. Məlum olub ki, Babazadə Əli Baba oğlu bir neçə aydır Sumqayıt şəhərində Rusiya nömrəsi ilə idarə etdiyi avtomobilin şüşələrini tam tündləşdirib, əsasən gecə  saatlarında şəhər ərazisinə çıxaraq avtoxuliqanlıq edib. Bir neçə dəfə isə Bakı şəhərinə gələrək bu hərəkətləri edib. Sürücü barəsində toplanmış materiallar Sumqayıt şəhər məhkəməsinə təqdim olunub. Hakim Nəriman Abıyevin sədrliyi ilə keçirilən prosesdə sürücünün hərəkətləri videogörüntülərlə sübuta yetirilib və o da öz əməlini etiraf edib.

Məhkəmənin qərarı ilə Əli Babazadə 15 gün müddətində inzibati qaydada həbs edilib, sürücülük hüququ bir il müddətində məhdudlaşdırılıb. Avtomobili isə duracağa yerləşdirilib.


Qeyd edək ki, son iki ayda Sumqayıt şəhərində 5 avtoxuliqan saxlanılıb.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh