Bakıda bu küçədə məntiqsiz hərəkət təşkili var: sürücülər narazılıq edir - VİDEO

Yazarlar 25 Aprel 2019 09:59 Oxunub 1401
Bakıda bu küçədə məntiqsiz hərəkət təşkili var: sürücülər narazılıq edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə cərimələr yazılır ki, bu da haqlı narazılığa səbəb olur

Bura Teymur Elçin küçəsi ilə Lermontov küçəsinin kəsişdiyi ərazidir. Bu ərazidə zolaqlar üzrə hərəkət düzgün müəyyən olunmadığı üçün hər gün onlarla sürücü cərimələnir. Belə ki, Teleteatr istiqamətindən hərəkət edən zaman sağa dönməyə icazə verildiyi halda, Dağüstü parkdan gələn sürücülər eyni yola dönə bilmir.

Yəni bu yol birləşməsi kifayət qədər təhlükəli və məntiqsiz hərəkət sxemi ilə təşkil olunub.

Bəs əsl probam nədir?

Teleteatr tərəfdən hərəkət etdikdə ən sol zolaqdan sağa dönərək Lermontov küçəsinə çıxmaq və Nazirlər Kabineti istiqamətində hərəkət etmək olar. Laki Dağüstü park tərəfdən gəldikdə isə yalnız düzünə, yəni teleteatr tərəfə hərəkət etmək olar. Bu məntiq yol hərəkəti təşkilindən anlayışı olanları sözün əsl mənasında ağladır. Əgər o küçəyə “giriş qadağandırsa” teleteatr tərəfdən gələnlər sola dönüb ora girə bilirlər? Yox əgər qadağan deyilsə düzünə gedənlərin həmin küçəyə daxil olmasının hansı təhlükəli tərəfləri var?

Qeyd edək ki, vaxtilə həmin ərazidə Dağüstü park tərəfdən gələndə yerdə düzünə və sola nişanlanma xətti var idi. Bu vəziyyətdə sürücülər rahat hərəkət edirdilər. Həm Dağüstü park tərəfdən gələnlər, həm də teleteatr istiqamətindən gələnlər rahat şəkildə Lermontov küçəsinə daxil ola bilirdilər. Lakin üç aydan sonra həmin xətti sildilər və hərəkət yalnız düzünə təşkil edildi. Ümumiyyətlə burada sürücülərə cərimələr yazılır ki, bu da bəzən haqlı narazılığa səbəb olur. Çünki sürücülər yerdəki nişanlanma xəttini yalnız qırıq-qırıq xətt olan yerə çatdıqda görürlər. Yəni sağ zolaqda yalnız düzünə, sol zolaqda isə düzünə və sola işarəsi var. Amma bəzən sürücülər sağ zolaqla gəlib oradan də sola dönürlər ki, bu zaman yol polisi onlara cərimə yazır. Sürücülər tələb edirlər ki, yol hərəkətinin təşkili ilə əlaqədar problem aradan qaldırılsın, daha sonra cərimə yazılsın. Çünki yerdəki nişanlanma xətti onlara yolun təsvirini tam izah etmir. Digər tərəfdən 5.8.1 nişanı olmadığı üçün, sürücülər zolaqla üzrə hərəkəti düzgün qavraya bilmir. Nəticədə gedəcəkləri istiqamət üzrə əvvəlcədən uyğun istiqamət seçə bilmirlər.

Biz avtosfer.az saytı olaraq problemləri qəbul edirik və bilirik ki, həmin ərazidə problemlər var. Videogörüntünü də təqdim edirik. Ümid edirik ki, Bakı şəhərində yol hərəkətinin təşkilinə cavabdeh olan qurumlar həmin ərazini müayinə edəcək, sürücülərin bu narazılığına son qoyacaq. Orada həmin mənasız düzünə getmək qadağası ləğv ediləcək. Zolaqlar üzrə hərəkətin təşkilinə mane olan nöqsanlar aradan qalxacaq.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh