“Atlas-5”in işlənilmiş ikinci pilləsində partlayış baş verib

Qəzalar 25 Aprel 2019 11:04 Oxunub 767
“Atlas-5”in işlənilmiş ikinci pilləsində partlayış baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qalıqların təhlükəli olub-olmadığı barədə açıqlama verilməyib

ABŞ-ın orbitə olan “Atlas-5” raketinin işlənilmiş ikinci pilləsində partlayış baş verib.

Avtosfer.az RenTv-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin (HHQ) Kosmik Məkanın 18-ci eskadrilyası nəzarətindən məlumat verilib.

Raket orbitə 2018-ci ilin oktyabrında “AEHF-4” rabitə peyki ilə çıxıb.

Məlumatda bildirilir ki, qəzadan sonra onun 14 parçalanmış qalığı qalıb.

Amerikalı hərbiçiləri, qalıqların təhlükəli olub-olmadığı barədə açıqlama verməyiblər.

Yalnız məlumdur ki, partlayış hər hansı kosmik aparatla toqquşması nəticəsində baş verməyib.

Qeyd edək ki, 1961-ci ildən indiyə kimi orbitdə 250 dağılmış kosmik obyektlər var.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh