Bakıda avtobusun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı

Qəzalar 25 Aprel 2019 12:06 Oxunub 906
Bakıda avtobusun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda avtobus parkında bədbəxt hadisə baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Balakişiyev küçəsində "General Avto Company" şirkətinə məxsus avtobus parkında qeydə alınıb.

Həmin parkda təkərçi işləyən, 1963-cü il təvəllüdlü Rəhimov Sirac Ziyadxan oğlu 11 nömrəli marşrut avtobusunun arxa şininə hava vurarkən təkər partlayıb. Nəticədə S.Rəhimov ağır kəllə-beyin travması, kürək sümüklərinin sınığı, baş beyin əzilməsi, baş və sifət sümüklərinin sınığı xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralı baş-beyin nayihəsindən əməliyyat olunsa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh