Bakıda əcnəbinin avtomobili qarət edilib

Gündəm 25 Aprel 2019 13:57 Oxunub 652
Bakıda əcnəbinin avtomobili qarət edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Paytaxtın Nəsimi rayonunda xarici vətəndaşın maşınından pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da əcnəbi vətəndaşın “Mitsubishi” markalı avtomobilindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş M.Şabanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh