Piyadaları saymayan sürücülər, təhlükədə olan piyadalar - VİDEO

Gündəm 25 Aprel 2019 14:06 Oxunub 830
Piyadaları saymayan sürücülər, təhlükədə olan piyadalar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı yollarının bitməyən dərdi: sürücü və piyada problemi

Son bir neçə ayda yol polisi tərəfindən piyadavurmalarla bağlı dəfələrlə maarifləndirmə tədbirləri keçirilib. Amma təəssüflər olsun ki, piyada və sürücü mədəniyyəti hələ tam formalaşmayıb. Odur ki, yollarda tez-tez piyadaların vurulması ilə bağlı hadisələrə rast gəlirik. Bəs burda əsas məsələ nədir?

DÜŞÜNCƏ!!!

Piyada keçidindən, yaxud elə yoldan keçən piyadalar çox zaman “onsuz da gözləyəcək” prinsipini əsas tuturlar. Həmçinin qulaqcıqla, telefonla danışa-danışa, oyun oynaya-oynaya yolu keçənlər də az deyil. Ən dəhşətlisi isə piyada keçidinin altından keçənlərin olmasıdır. Bunlar bir məsələ.

Sürücülər də bir çox hallarda problem yaradırlar. “Harasa tələsmək” prinsipi çox vaxt piyada keçidinin üstündə piyadanı vurmaqla nəticələnir. Yaxud da keçidi “görməzlikdən gəlmək”, gəldiyi sürətlə keçmək və bu kimi hallar. Təqdim edəcəyimiz video bir neçə saatın içində şəhər küçələrində çəkilib.

Məsələn, 90 RR 363 dövlət nömrə nişanlı avtomobilin sürücü piyadaya yol vermir. Eyni zamanda 99 AR 509 dövlət nömrə nişanlı avtomobilin sürücü isə düz piyada keçidinin üstündə dayanıb. 

Mənzərəni özünüz görün.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh