YPX əməkdaşı və hərbçilər taksi sürücüsünü döydü - VİDEO

Avtosfer TV 25 Aprel 2019 15:17 Oxunub 1355
YPX əməkdaşı və hərbçilər taksi sürücüsünü döydü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstədiklərinə nail ola bilməyən əməkdaşlar sürücünü yerə ataraq gediblər

Aprelin 23-də Yol Patrul Xidmətinin əməkdaşı və bir neçə hərbi formalı şəxslər taksi sürücüsünə qarşı fiziki güc tətbiq ediblər. Baş verən hadisənin videosu sosial şəbəkələrdə yayımlandıqdan sonra, polis hərəkətə keçərək araşdırmalara başlayıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, kadrlar, hadisə baş verən anda hərəkətdə olan bir avtomobilin təhlükəsizlik kamerasına düşüb.

Rusiyanın Saratov əyalətində qeydə alınan görüntülərdə görünür ki, YPX-nin əməkdaşı taksi sürücüsünün başına gözünə vura-vura maşına doğru gətirir və boynundan tutaraq onu avtomobilin üzərinə itələyir. Sonradan iki hərbi formada olan AMON dəstəsinin üzvləri də inspektora qoşularaq sürücünü avtomobilə oturtmaq istəyirlər. İstədiklərinə nail ola bilməyən əməkdaşlar sürücünü yerə ataraq gediblər.

Avtosfer.az həmin kadrları təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh