Yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

Yol polisi 25 Aprel 2019 16:10 Oxunub 1355
Yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb

Mingəçevir “Asan Peşə “Təhsil Mərkəzində yol hərəkəti qaydalarının təbliği ilə bağlı tələbələrin və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da iştirak edib. DYPB-nin əməkdaşı Xətai Məmmədov yollarda baş verən piyadavurmaların ciddi narahatlıq doğurduğunu, bu səbəbdən belə tədbirlərdə başlıca məqsədin piyadaları maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaq olduğunu diqqətə çatdırıb. Baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd edən yol polisi əməkdaşı tələbələrə piyadaların vəzifələri, küçə hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə geniş məlumat verib.

Tədbir zamanı yol-nəqliyyat hadisələrinin ağır fəsadlarından bəhs edən süjetlər nümayiş olunub. Görüntülər əsasında tələbələrlə yol polisləri arasında maraqlı diskussiya təşkil edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.Yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib

Mingəçevir “Asan Peşə “Təhsil Mərkəzində yol hərəkəti qaydalarının təbliği ilə bağlı tələbələrin və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da iştirak edib. DYPB-nin əməkdaşı Xətai Məmmədov yollarda baş verən piyadavurmaların ciddi narahatlıq doğurduğunu, bu səbəbdən belə tədbirlərdə başlıca məqsədin piyadaları maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaq olduğunu diqqətə çatdırıb. Baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd edən yol polisi əməkdaşı tələbələrə piyadaların vəzifələri, küçə hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə geniş məlumat verib.

Tədbir zamanı yol-nəqliyyat hadisələrinin ağır fəsadlarından bəhs edən süjetlər nümayiş olunub. Görüntülər əsasında tələbələrlə yol polisləri arasında maraqlı diskussiya təşkil edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh