Naməlum şəxs 6 avtomobili yandırdı - VİDEO

Avtosfer TV 25 Aprel 2019 18:28 Oxunub 978
Naməlum şəxs 6 avtomobili yandırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəal ətrafda yerləşən mağazanın sahibini oğlundan şübhələndiyini deyib

Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxs, biznesmenin və ictimai fəal Aleksey Osipovın avtomobillərinin üzərinə yanacaq səpərək yandırıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Life Shot” telegram-kanalı məlumat yayıb.

FHN-dən bildiriblər ki, nəticədə 3 avtomobil tamamilə, daha üç maşının isə banı yanıb.

Fəal ətrafda yerləşən mağazanın sahibini oğlundan şübhələndiyini deyib.

Buna səbəb isə, o, bir müddət əvvəl onların mağazalarında alkoqolu içkilərin satışı ilə bağlı yoxlama aparması olub.

Gənc oğlan istintaqa cəlb olunub.

Təhlükəsizlik kamerasına düşən kadrlarda görünür ki, yanğını törədən şəxs özü də azacıq yanıb.

Halbuki, mağaza sahibinin oğlu sağ və salamatdır.

Avtosfer.az baş verən hadisənin videosunu təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh