Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq

Gündəm 25 Aprel 2019 19:15 Oxunub 603
Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Paytaxtın bir sıra mərkəzi küçələrində üfüqi nişanlanma xətləri çəkiləcək. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Mehdi Hüseyn, Teymur Elçin, Lermontov va İstiqlaliyyat küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında 25, 26 və 27 aprel tarixlərində saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh