3 ayda 283 ədəd minik avtomobili istehsal olunub

Avtoxəbər 25 Aprel 2019 19:25 Oxunub 1050
3 ayda 283 ədəd minik avtomobili istehsal olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövr ərzində 313 ədəd traktor, 283 ədəd minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib.

Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6 faiz artıb.

Dövr ərzində 313 ədəd traktor, 283 ədəd minik avtomobili istehsal olunub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 milyon manatlıq məhsul istehsal edilmişdi. Həmin 2 ay ərzində isə 288 ədəd traktor, 176 ədəd minik avtomobili istehsal olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh